Bütün xəbərlər
HƏMAS Qəzzadan uzaqda yerləşən İsrail şəhərlərinə raket zərbələri endirib
Tarix: 25-10-2023 15:58 | Bölmə: Dünya

HƏMAS-ın yaraqlı qanadı İsrailin Qəzza zolağından ən uzaqda yerləşən Eylat və Hayfa şəhərlərinə raket zərbələri endirib, İzzəddin əl-Qəssam Briqadalarının nümayəndələri bildiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Ayaş-250” raketi Qırmızı dəniz sahilində yerləşən Eylat istiqamətində uçub, ekspertlərin fikrincə, onun məhvetmə məsafəsi 250 kilometrdir. Hayfa 160 kilometrə qədər mənzilli R160 raketi ilə vurulub.
Sursatın hədəflərinə çatıb-çatmaması dəqiqləşdirilməyib. İDF rəsmiləri kurort şəhərlərində hər hansı dağıntı barədə məlumat verməyib.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər