Bütün xəbərlər
Kanadada atışma nəticəsində üç uşaq və iki böyük ölüb
Tarix: 24-10-2023 23:17 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətində polis, ilkin məlumatlara görə, 44 yaşlı kişi tərəfindən iki fərqli yerdə həyata keçirilən silahlı hücumun səbəblərini araşdırır.
Kanadanın Sault Ste Marie şəhərində çərşənbə axşamı iki evdə baş vermiş faciəli hadisə barədə RİA Novosti xəbər verir. İlkin məlumata görə, təcili yardım xidmətinə evlərdən birində oğurluq barədə məlumat daxil olduqdan sonra polis ilk qurbanı, güllələnmiş 41 yaşlı kişini tapıb.
Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları birinci qətlə yetirilən şəxsin tapıldığı yerdən təxminən üç kilometr aralıda yerləşən başqa bir evə çağırılıb. İkinci evdə hüquq-mühafizə orqanlarının əməkdaşları üç uşağın - 6, 7 və 12 yaşlı uşağın meyitini tapıblar. Bundan başqa, orada 44 yaşlı kişi meyiti olub. Ehtimal olunur ki, hadisədən sonra intihar edən bu cinayətkardır.
Daha bir yetkinin yaralanaraq xəstəxanaya aparıldığı bildirilir. Həlak olanların kimliyi və faciənin hansı şəraitdə baş verməsi hələlik açıqlanmır. Polis yalnız bildirib ki, cinayətin motivi “intim tərəfdaşlar” arasında münaqişə ola bilər.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər