22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrailli nazir İranı zərbələrlə hədələyib
Tarix: 22-10-2023 19:20 | Bölmə: Dünya

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat bildirib ki, Hizbullah Livan ərazisindən genişmiqyaslı əməliyyatlara başlayarsa, İsrail ordusu İranı vuracaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail rəsmiləri artıq kəşfiyyat hesabatlarının "Hizbullah"ın münaqişəyə qarışacağını bildirdiyini bildiriblər. “İnterfaks” xəbər verir ki, bu halda İD şiə qruplaşmasını yer üzündən silmək və onu dəstəkləyən İrana zərbə endirmək niyyətindədir.
"Əgər başa düşsək ki, onlar "Hizbullah"dan istifadə edərək İsrailə hücum etmək niyyətindədirlər, o zaman o ilanın başına vuracağıq: İran", - Nir Barkat xəbərdarlıq edib.
İsrailin müdafiə naziri Yoav Gallant da bildirib ki, "Hizbullah" Fələstin-İsrail münaqişəsinə qarışmaq qərarına görə çox böyük bədəl ödəyəcək.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər