Bütün xəbərlər
ABŞ, Cənubi Koreya və Yaponiya ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirib
Tarix: 22-10-2023 16:42 | Bölmə: Dünya

ABŞ, Yaponiya və Cənubi Koreya Hərbi Hava Qüvvələri Koreya yarımadasının cənubunda hava məkanında birgə təlimlər keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təlimdə Amerikanın "B-52H" strateji bombardmançı təyyarəsi iştirak edib, onu təlim uçuşunda iştirak edən hər üç ölkənin "F-15K" və "F-16" qırıcıları müşayiət edib.
RİA Novosti xatırladır ki, amerikalı “strateq” və Koreya "F-35" qırıcılarının iştirakı ilə oxşar təlimlər artıq həftənin əvvəlində keçirilib.
Seul, Vaşinqton və Tokio liderləri arasında avqustda keçirilən görüşdə əldə olunmuş razılığa əsasən, birgə dəniz təlimlərini bərpa ediblər.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər