22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Suriyada ABŞ hərbi bazasına hücum edilib
Tarix: 19-10-2023 23:20 | Bölmə: Dünya

İlkin məlumatlara görə, oktyabrın 18-i səhər saatlarında ABŞ-ın Suriyadakı Tanf hərbi bazasının ərazisinə azı iki zərbə endirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dəməşqdən 250 kilometr aralıda sərhəd bölgəsində yerləşən ABŞ hərbi bazasına hücum barədə TASS məlumat yayıb. Zərbələr üç pilotsuz təyyarə ilə həyata keçirilib, onlardan ikisi vurulub. Hücum nəticəsində bir neçə amerikalı əsgər yüngül xəsarət alıb. İnfrastrukturun dağılması ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Agentliyin məlumatına görə, hücuma görə məsuliyyəti İraq İslami Müqavimət Hərəkatı öz üzərinə götürüb. Əvvəllər bu hərəkatın üzvləri “İslam Dövləti” (Rusiya Federasiyasında qadağan olunmuş) terror qruplaşmasına qarşı mübarizə aparırdılar.
Suriya hakimiyyəti dəfələrlə Amerika hərbçilərinin respublika ərazisində qeyri-qanuni olduğunu bəyan edib. Onların bazaları Suriyanın ən böyük neft və qaz yataqları olan ərazilərdə - Deyr əz-Zor, Əl-Həsəkə və Rakka əyalətlərində yerləşir. Dəməşqin fikrincə, amerikalıların əsas məqsədi neftin açıq-aşkar oğurlanmasıdır.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər