22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail Qəzzada 19 tibb müəssisəsinə zərbə endirib
Tarix: 19-10-2023 15:54 | Bölmə: Dünya

İsrail ordusu Qəzza zolağında 19 tibb müəssisəsinə hücum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində ən azı 4 xəstəxana fəaliyyətini dayandırıb. Bu barədə cümə axşamı anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrail səhiyyə obyektlərinə qarşı pozuntular törətməkdə davam edir, nəticədə 19 səhiyyə müəssisəsi hədəfə alınıb”, -agentlik bildirib.
Bundan başqa, yanacaq, dərman çatışmazlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən anklavdakı 14 tibb məntəqəsinin işi dayandırılıb.
Oktyabrın 17-də Qəzzada Əl-Əhli xəstəxanasına hücum edilib. Onun qurbanlarının sayı 800 nəfəri ötüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanların hamısı mülki şəxslərdir. İsrail və Fələstin baş verənlərə görə bir-birini günahlandırıb.



Baxış sayı: 444


Bölməyə aid digər xəbərlər