Bütün xəbərlər
Bayden amerikalılara İsrail və Ukrayna ilə bağlı müraciət edəcək
Tarix: 19-10-2023 11:33 | Bölmə: Dünya


Oktyabrın 19-da ABŞ prezidenti Cozef Bayden Ukrayna və İsraildəki münaqişələr mövzularına toxunacaq xalqa müraciət etməyi planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Çıxış Oval kabinetdə cümə günü saat 20:00-da (Moskva vaxtı ilə 3:00) baş tutacaq”, – Ağ Evin bəyanatında deyilir.
Bir gün əvvəl ABŞ prezidenti Co Bayden İsrailə işgüzar səfər edib. Səfərin sonunda o, Təl-Əvivə “qorunmaq üçün” lazım olan hər şeyi verəcəyini vəd etdi və “görünməmiş yardım paketi” üçün Konqresə müraciət etdiyini bildirib.
Qəzza zolağında 800-dən çox insanın ölümünə səbəb olan xəstəxanaya raket hücumunu şərh edən Bayden əminliklə bildirib ki, bunu “digər komanda” həyata keçirib və İsrail ordusu dinc insanların ölümündə günahsızdır.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər