Bütün xəbərlər
Messi "İnter Mayami"də qalıb-qalmayacağını bildirib
Tarix: 18-10-2023 21:35 | Bölmə: Dünya


"İnter Mayami"nin hücumçusu Lionel Messi Böyük Futbol Liqasının (MLS) pley-off mərhələsinə vəsiqə qazana bilmədiyi üçün komandanı tərk etmək fikrində deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu klubda oynamağa davam edəcəyini açıqlayıb.
"Komandadan ayrılmağı düşünmürəm. Təəssüf ki, turnirin pley-off mərhələsinə çıxa bilmədik, lakin biz Liqa Kubokunu qazandıq və bu, komandamız üçün vacib idi"- ESPN argentinalıdan sitat gətirir.
"Məşq etməyə, MLS-də və noyabrda milli komandanın heyətində mövsümün son matçında oynamağa davam edəcəyəm. Yanvarda kluba qayıtmağı və özümü ən yaxşı şəkildə nümayiş etdirmək üçün yeni mövsümün hazırlığına başlamağı planlaşdırıram."
Xatırladaq ki, Messi əzələ zədəsi səbəbindən sentyabr və oktyabr aylarında bir neçə "Inter Mayami" matçını buraxmışdı. Onsuz klub qələbə qazana bilməzdi.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər