Bütün xəbərlər
Amerikanın üç desant gəmisi İsrail sahillərinə göndərilib
Tarix: 17-10-2023 22:46 | Bölmə: Dünya

ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisi İsrail sahillərinə doğru yola düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunlar universal amfibiya hücum gəmisi USS Bataan, amfibiya nəqliyyat dok USS Mesa Verde və digər eniş dok USS Carter Halldır. “The Washington Post” Pentaqondakı iki mənbəyə istinadən yazır ki, göyərtədə 4 minə qədər dənizçi və dəniz piyadası ola bilər.
Jurnalistlər əlavə edirlər ki, İsrail və HƏMAS arasında münaqişə genişlənəcəyi təqdirdə dəniz piyadaları öz gəmilərində qalacaqlar.
Xatırladaq ki, bundan əvvəl İsrail sahillərinə iki təyyarədaşıyan zərbə qrupu - USS Gerald R. Ford və Dwight Eisenhower təyyarədaşıyan gəmiləri göndərilmişdi. Onları Ticonderoga sinifli idarə olunan raket kreyserləri və Arleigh Burk sinifli esmineslər müşayiət edir. Bu döyüş gəmilərinin hamısı “Tomahawk” qanadlı raketlərini daşımağa qadirdir.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər