22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fransa “radikal ideologiya”ya görə 11 rusiyalını deportasiya etmək niyyətindədir
Tarix: 17-10-2023 20:22 | Bölmə: Dünya


Fransa radikal ideologiyaya meylli şəxslər siyahısında olan 11 rusiyalını ölkədən çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “France Presse” Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İdarənin rəhbəri Cerald Dermanen bildirib ki, müvafiq siyahıya 60 rusiyalı daxil edilib. Onların yaşayış icazəsi ləğv edilib. Onlardan 40-ı həbsdədir.
Daha əvvəl Dermanen bildirib ki, Fransa prezidenti Emmanuel Makron ona Rusiya tərəfi ilə təmasları bərpa etməyi və rusların ölkədən çıxarılmasını müzakirə etməyi tapşırıb.
Nazir qeyd edib ki, AİHM bu cür qovulmaları pisləyir, lakin onun sözlərinə görə, Fransa vətəndaşlarının müdafiəsi prioritet olduğundan bu hərəkətlərə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər