Bütün xəbərlər
Blinken İordaniyada Abbasla görüşüb
Tarix: 17-10-2023 20:18 | Bölmə: Dünya

ABŞ dövlət katibi Antoni Blinken İordaniyada Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Əl Ərəbiyyə”nin məlumatına görə, onlar Qəzza zolağı ətrafındakı vəziyyəti və münaqişənin qarşısını almaq yollarını müzakirə edirlər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Abbasla telefonla danışıb. Söhbətdə Fələstin lideri mülki şəxslərə qarşı zorakılığın yolverilməz olduğunu bəyan edib və anklav sakinlərinə yardımın çatdırılması üçün humanitar dəhlizlərin açılmasını istəyib. Putin də öz növbəsində münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi əməliyyatların dayandırılmasının vacibliyini təsdiqləyib.
Bundan əvvəl Abbas ABŞ prezidenti Cozef Baydenlə danışıb və İsraili Qəzza zolağında beynəlxalq humanitar qanunlara əməl etməyə çağırıb.
Fələstin-İsrail münaqişəsi HƏMAS silahlılarının Qəzza zolağından yəhudi dövlətinin ərazisinə daxil olmasından sonra kəskinləşib. Bu, oktyabrın 7-də baş verib. İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirməyə başlayıb və anklavın blokadaya alındığını elan edib. Həmçinin “Hizbullah” hərəkatının fəaliyyət göstərdiyi Livanla sərhəddə də döyüşlər gedib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər