22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Amerikanın bombardmançı təyyarəsi ilk dəfə Cənubi Koreyaya endi
Tarix: 17-10-2023 20:00 | Bölmə: Dünya


ABŞ Hərbi Hava Qüvvələrinin nüvə silahı daşıya bilən "B-52" strateji bombardmançı təyyarəsi Koreya yarımadası üzərində təlimlər keçirərək ilk dəfə Cənubi Koreya torpaqlarına eniş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Bundan əvvəl Amerikanın bu tipli döyüş təyyarələri respublikanın hava məkanına daxil olub, lakin Koreya torpaqlarında heç vaxt dayanmayıb.
Agentliyin məlumatına görə, "B-52" bu gün açılan Seul Beynəlxalq Aerokosmik Müdafiə Sərgisinin (ADEX) keçirildiyi ərazinin üzərindən uçub, daha sonra Cənubi Koreya Hərbi Hava Qüvvələrinin Çeonqjudakı bazasına yollanıb. Amerika təyyarəsi təlimləri Cənubi Koreya Hərbi Hava Qüvvələrinin "F-35A" qırıcıları ilə birgə keçirib.
"Təlim Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin yüksək keyfiyyətli birgə əməliyyat imkanlarını bir daha nümayiş etdirdi", - agentlik Cənubi Koreya Hərbi Hava Qüvvələrinin nümayəndəsindən sitat gətirir.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər