22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İran: "Qəzzada quru əməliyyatı qırmızı xətt olacaq"
Tarix: 16-10-2023 15:44 | Bölmə: Dünya


İsrailin Qəzza zolağında quru əməliyyatı Tehran üçün qırmızı xətt olacaq və Təl-Əviv bunu dərk etməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İbrahim Əzizi belə bir inkişaf “yeni cəbhələrin açılmasına” səbəb ola bilər.
"Fələstin İsrailin bu ciddi səhvini gözləyir. Əgər İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, ona qarşı mübarizənin yeni cəbhələrinin meydana gəlməsini gözləməli olacaq" - Əzizi RİA Novosti ilə söhbətində bildirib.
O vurğulayıb ki, Fələstin müqavimətinin “demək olar ki, heç bir sərhədi yoxdur” və buna görə də İsrail “istənilən yerdə” hücuma məruz qala bilər. Əzizi qeyd edib ki, bir neçə cəbhədə döyüş “İsrailin gücünün və dövlətçiliyinin süqutu” ilə doludur.
Bundan əvvəl Tehranın BMT-dəki daimi nümayəndəliyi bəyan etmişdi ki, İsrailin Qəzzada hərbi əməliyyatı başlasa, İran ordusu döyüşə girməyəcək - əgər onun ərazisində hücuma məruz qalmasa.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər