Bütün xəbərlər
İsrailin yeni səhiyyə naziri vəzifəsinin icrasına başlayıb
Tarix: 15-10-2023 17:47 | Bölmə: Dünya

İsraildə yeni səhiyyə naziri Uriel Buso vəzifəsinin icrasına başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, əvvəllər Benyamin Netanyahunun Likud partiyası ilə birlikdə hakim koalisiyaya daxil olan ultra-dindar Şas partiyasının üzvüdür.
Səhiyyə Nazirliyinin rəhbəri kimi Buso partiya üzvü Moşe Arbeli əvəz edib. O, eyni vaxtda iki nazirliyə rəhbərlik edib: səhiyyə və daxili işlər, indi isə yalnız Daxili İşlər Nazirliyinin naziri olaraq qalır.
İsrail Nazirlər Kabinetində dəyişikliklər hərbi vəziyyətlə bağlı fövqəladə hökumətin yaradılması ilə əlaqədar baş verib. Yeni kabinetin tərkibinə müxalifət nümayəndələri daxil edilib.
Yeni nazir səlahiyyətlərini qəbul edərək, vəzifəyə təşvişlə başladığını etiraf etdi. O, İsrailin döyüş sisteminin bir hissəsi olan tibbi qrupların səfərbərliyinin heyrətamiz olduğunu etiraf edib.
TASS xəbər verir ki, Buso “Bu çətin günlərdə səhiyyə sistemi inanılmaz işlərə imza atdığını sübut etdi”.
Bundan əvvəl Netanyahu Milli Birlik Partiyasının sədri Benni Qantsı və İsrail müxalifətinin lideri Yair Lapidi fövqəladə hökumətə qoşulmağa dəvət etmişdi. Əvvəllər İsrailin müdafiə naziri postunu tutan birinci təklifi qəbul edib, ikincisi hazırda hökumətə qoşulmağı planlaşdırmır.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər