22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Netanyahu "qaniçən canavarları" məhv edəcəyinə söz verdi
Tarix: 15-10-2023 17:42 | Bölmə: Dünya

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü fövqəladə hökumətin ilk iclasını keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Netanyahu çıxışında baş nazirin “gözəl” adlandırdığı İsrail ordusu əsgərlərinə hörmətlə yanaşdı.
RİA Novosti yazır ki, Netanyahu və kabinet üzvləri cəbhə xəttində həlak olan israilliləri yad ediblər.
Baş nazirin sözlərinə görə, hərbçilər öz məsuliyyətlərini, onların arxasında bütün xalqın dayandığını dərk edirlər.
"Onlar bizi məhv etmək üçün ayağa qalxan qaniçən canavarları məğlub etmək üçün hər an hərəkətə keçməyə hazırdırlar. HƏMAS bizim sındıracağımızı düşünürdü, lakin biz HƏMAS-ı məhv edəcəyik", - baş nazir bildirib.
İsrail rəsmən “müharibə vəziyyəti” elan etdikdən sonra fövqəladə hökumət yaradılıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər