Bütün xəbərlər
Fransız məktəbində müəllim öldürülüb, digərləri yaralanıb
Tarix: 13-10-2023 16:46 | Bölmə: Dünya

Fransanın şimalında Arrasda naməlum şəxs lisey müəllimini bıçaqlayıb. Daha bir neçə nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qatil saxlanılıb, ölkənin daxili işlər naziri Gerald Darmanin sosial şəbəkələrdə cinayətkar və ya onun qurbanları barədə təfərrüatları açıqlamayıb.
Bu, Fransada ilk belə hadisə deyil. Ən rezonans doğuran hallardan biri müəllim Samuel Patinin Paris yaxınlığında başının kəsilməsi ilə baş verdi. Bu iş üzrə 6 məktəblinin məhkəməsi noyabrın 27-də başlayacaq.





Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər