Bütün xəbərlər
Pentaqon Aralıq dənizinə əlavə gəmilər göndərməyə hazırdır
Tarix: 13-10-2023 16:36 | Bölmə: Dünya


Bu gün Pentaqon rəhbəri Lloyd Austin Vaşinqtonun Təl-Əvivlə həmrəyliyini nümayiş etdirmək niyyəti ilə İsrailə gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransı zamanı o, bir sıra açıqlamalar verib.
Ostinin sözlərinə görə, zərurət yaranarsa, ABŞ İsrail yaxınlığında əlavə gəmilər yerləşdirməyə hazırdır.
O, həmçinin Yaxın Şərqdə “davamlı sülh” istəyənləri HƏMAS-ı qınamağa və təcrid etməyə çağırıb və oğurlanmış girovları azad etmək üçün İsraillə sıx koordinasiyada işlədiyini bildirib.
TASS xəbər verir ki, Pentaqon rəhbəri HƏMAS-ın hücumu nəticəsində çoxlu sayda ölən və yaralananlarla bağlı yəhudi xalqına başsağlığı verib və ABŞ-ın prioritetinin İsrailə davamlı dəstəyin olduğunu vurğulayıb.
İsrailin müdafiə naziri Yoav Qalant öz növbəsində bildirib ki, bu gün, oktyabrın 13-də Vaşinqtonun hərbi yardımı ilə ikinci təyyarə ölkəyə gələcək.
Bundan əvvəl Pentaqonun sözçüsü Aralıq dənizinə gələn Amerikanın "Gerald Ford" təyyarədaşıyıcısının münaqişəyə üçüncü tərəfin müdaxiləsi halında İsrailə dəstək verməyə hazır olduğunu bildirib.
Bölgədə vəziyyət oktyabrın 7-də səhər saatlarında - raket atəşindən və Fələstin HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra kəskin şəkildə pisləşib. Onlar iddia edirlər ki, bu, İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı "Əl-Əqsa" məscidinə qarşı hərəkətlərinə cavabdır.
İsrail Qəzza zolağına raket zərbələri endirir və tam blokada elan edib. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər