Bütün xəbərlər
Şiə məscidində namaz zamanı partlayış baş verib
Tarix: 13-10-2023 16:21 | Bölmə: Dünya


Əfqanıstanın şimalında, Baqlan əyalətində baş verən partlayış nəticəsində 17 nəfər ölüb, daha 50 nəfər yaralanıb. Hücum şiə "İmam Zaman" məscidində cümə namazı vaxtı baş verib.
"Aamaj News" xəbər verir ki, Əfqanıstanda heç bir qrup baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.
Bundan əvvəl Əfqanıstan Azadlıq Cəbhəsinin üsyançı qruplaşmasının tərəfdarlarının hakimiyyəti ələ keçirmiş Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş) üç nümayəndəsini öldürdüyü bildirilirdi.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər