Bütün xəbərlər
Respublikaçılar ABŞ Nümayəndələr Palatasının yeni sədrini seçə bilmirlər
Tarix: 13-10-2023 09:24 | Bölmə: Dünya


ABŞ Konqresi bir neçə gündür ki, Nümayəndələr Palatasının yeni sədrini seçə bilmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nümayəndələr Palatasının üzvlərinin fikrincə, siyasətçilər arasında o qədər fikir ayrılığı var ki, problemin tezliklə həllinə ümid yoxdur. Hələlik heç bir namizəd qanunvericiləri qane etməyib.
Bu arada amerikalıların özlərinin də çoxlu sualları var. “Rossiya 24” telekanalı xəbər verir ki, parlamentdəki çaşqınlıq səbəbindən ən mühüm problemlərin həlli dayandırılıb.
Əsas namizəd respublikaçı Stiv Skaliz əvvəlcə lazımi səsləri toplaya bilməyib, indi isə seçkilərdə iştirakdan tamamilə imtina edib.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər