Bütün xəbərlər
Çubays Əmirlikdən İsrailə qayıtdı
Tarix: 11-10-2023 20:49 | Bölmə: Dünya


“Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubays Birləşmiş Ərəb Əmirliklərinə qısamüddətli səfərindən sonra İsrailə qayıdıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl onun Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar yəhudi dövlətini tərk etdiyi bildirilirdi.
"Səyahət çoxdan planlaşdırılıb, işlək və qısa olub. Mən artıq İsrailə qayıtmışam", - Çubays TASS-a bildirib.
Rusnanonun keçmiş rəhbəri Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edildikdən sonra İsrailə gedib. Çubays və həyat yoldaşı, teleaparıcı Avdotya Smirnova təyyarə ilə Türkiyəyə uçdu və onlar ailənin daşınmaz əmlakı olan İtaliyada da tez-tez görünürdülər.
Bu ilin may ayında cütlük, ehtimal ki, sənədləri almaq üçün İsrail Xarici İşlər Nazirliyində görüntülənib.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər