Bütün xəbərlər
Pentaqon: "Ukrayna "F-16" qırıcılarını 2024-cü ilin yazında alacaq"
Tarix: 11-10-2023 20:17 | Bölmə: Dünya

Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin yazında "F-16" qırıcıları qəbul edə bilər, ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, ABŞ bu döyüş təyyarələrindən istifadə imkanlarını inkişaf etdirməyə diqqət yetirəcək.
İndi ABŞ Ukraynaya artilleriya, mərmi və hava hücumundan müdafiə sistemlərinin verilməsini vacib sayır. Ostin izah edib ki, Ukrayna Silahlı Qüvvələri məhz bu silahları tələb edir.
TASS agentliyi yazır ki, ATACMS taktiki raketlərinə gəlincə, Pentaqonun rəhbərinin sözlərinə görə, "hələ elan ediləcək bir şey yoxdur".
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun Ukraynanın qışda əks-hücum əməliyyatlarını davam etdirəcəyini bildirmişdi.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər