Bütün xəbərlər
ABŞ İsrail sahillərinə ikinci təyyarədaşıyan gəmisini göndərəcək
Tarix: 11-10-2023 15:51 | Bölmə: Dünya


“Navy Times” hərbi nəşri xəbər verir ki, “USS Eisenhower” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ hərbi dəniz eskadronu cümə günü Norfolk hərbi dəniz bazasını (Virciniya) tərk edərək Aralıq dənizinə yollanacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında böhran fonunda ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan USS Gerald Ford-un rəhbərlik etdiyi amerikan eskadronu artıq İsrail sahillərinə yaxınlaşıb.
USS Eisenhower bölgəyə iki həftəyə çata bilər. USS Eisenhower-in əvvəlcə iyunun ortalarından Aralıq dənizində olan USS Gerald Ford-u əvəz etməsi planlaşdırılırdı.
USS Eisenhower-in başçılıq etdiyi eskadronun komandiri kontr-adm.Mark Miqes bildirib ki, Amerika təyyarədaşıyanlarının olması müttəfiqlərlə münasibətləri gücləndirəcək, çünki Birləşmiş Ştatlar təcavüzün qarşısını almaq və lazım gəldikdə güc tətbiq etmək kimi ümumi məqsədləri bölüşür.



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər