Bütün xəbərlər
Livandan İsrailə 15 raket atılıb
Tarix: 10-10-2023 21:41 | Bölmə: Dünya


İsrail ordusunun rəsmiləri bildiriblər ki, Livandan İsrailin məskunlaşdığı ərazilərə 15-ə yaxın raket atılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dörd mərmi hava hücumundan müdafiə sistemi tərəfindən tutuldu, daha 10 mərmi yaşayış binalarından uzaq düşdü. Ölən və yaralananlar, eləcə də yerdə dağıntılar barədə məlumat verilməyib.
Bəzi məlumatlara görə, yaraqlılar İsrail ordusunun Kfar Şuba yüksəkliyindəki mövqelərini, o cümlədən minaatanlardan atəşə tutublar.
Raket hücumunda kimin əli olduğu məlum deyil. Bundan əvvəl "Hizbullah" tərəfdarları HƏMAS və İsrail arasında alovlanan münaqişəyə qarışmayacaqlarını bildirsələr də, bu, son dörd gündə Livan ərazisindən yəhudi dövlətinin şimal ərazilərinin ilk atəşi deyil.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər