Bütün xəbərlər
ABŞ İsrailə hərbi yardım göstərə bilər
Tarix: 08-10-2023 18:20 | Bölmə: Dünya

İsrail faktiki olaraq öz acizliyini etiraf etdi və rəsmi olaraq kömək üçün ABŞ-a müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qüds böyük qardaşdan Qəzza zolağındakı əməliyyata hərbi dəstək verməsini istəyib.
Hazırda Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqinin müraciəti Amerika tərəfi tərəfindən araşdırılır. Bu barədə CNN telekanalına müsahibəsində dövlət katibi Antoni Blinken danışıb.
O xatırladıb ki, İsrail Obamanın yüngül əli sayəsində hər il ABŞ-dan 3,8 milyard dollar alır. Vəsaitlər əsasən raketdən müdafiə və hərbi texnikaya xərclənir.
Bu arada İDF və HƏMAS arasında hərbi qarşıdurma getdikcə güclənir. İsrail daha əvvəl islamçı hərəkatın kəşfiyyat qərargahına güclü zərbə endirib və hərəkata bağlı iki bankı məhv edib.
Fələstinlilər də öz növbəsində Livan Hizbullahının dəstəyini alaraq yəhudi yaşayış məntəqələri və şəhərlərinə idarə olunmayan raketlər atıblar.
İsraildə ölənlərin sayı artıq 600 nəfərə çatıb.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər