22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ və Nepaldan olan alpinistlər Tibetdə qar uçqunu nəticəsində həlak olublar
Tarix: 08-10-2023 11:37 | Bölmə: Dünya

Ümumi sahəsi 28 min kvadrat kilometrdən çox olan Tibet Yaylasında 50 mindən çox buzlaq var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumi sahəsi 28 min kvadrat kilometrdən çox olan Tibet Yaylasında 50 mindən çox buzlaq var.
Çinin Tibet Muxtar Bölgəsində Himalay silsiləsinin Şişapanqma zirvəsi yaxınlığında ABŞ və Nepaldan olan iki alpinist qar uçqunu nəticəsində həlak olub. Sinxua agentliyi xəbər verir ki, daha iki nəfər itkin düşmüş hesab olunur.
Beş alpinistdən ibarət qrup hündürlüyü dəniz səviyyəsindən 8027 metr yüksəklikdə olan Şişapanqma zirvəsinə qalxıb. Hadisə 7,6 min metr yüksəklikdə baş verib.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır, turistlərin qalxması müvəqqəti olaraq dayandırılıb.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər