Bütün xəbərlər
Fələstin-İsrail münaqişəsi fövqəladə Təhlükəsizlik Şurasında müzakirə olunacaq
Tarix: 07-10-2023 20:42 | Bölmə: Dünya


Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski oktyabrın 8-də Nyu-York vaxtı ilə saat 15:00-da (Moskva 22:00) Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçiriləcəyini təsdiqləyib.)
Bu barədə o, tg kanalında yazıb.
Şənbə günü səhər saatlarında Fələstindən İsrailə iri raket hücumu başlayıb. Bundan əlavə, bir neçə fələstinli yaraqlı qrupu ölkəyə soxulub. Fələstinin HƏMAS radikal təşkilatı "Əl-Əqsa Fırtınası" əməliyyatına başladığını, İsrail də öz növbəsində terrorla mübarizədə "Dəmir Qılınclar" əməliyyatına başlayıb.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər