Bütün xəbərlər
HƏMAS: bu, ərazilərimizin, ziyarətgahımızın və xalqımızın azad edilməsinin başlanğıcıdır
Tarix: 07-10-2023 20:37 | Bölmə: Dünya

Fələstin HƏMAS hərəkatının İsrailə qarşı apardığı döyüşlər Fələstin torpaqlarının və xalqının azad edilməsinin başlanğıcıdır, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müraciətində o, həmçinin Fələstinin ziyarətgahını – Qüdsü və “İsrail işğalçılarının” həbsxanalarından məhbusları azad etmək niyyətində olduğunu açıqlayıb.
RİA Novosti yazır ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsrail hökumətini “faşist” adlandırıb və onun “bütün sərhədləri keçdiyini” vurğulayıb.
HƏMAS-ın hərbi qanadı daha əvvəl İsrailə qarşı Əl-Əqsa Fırtınası əməliyyatını elan etmişdi. Öz növbəsində İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib.
Fələstin prezidenti Mahmud Abbas fövqəladə rəhbərlik iclasını çağıraraq, Fələstin xalqının İsrail əsgərləri və məskunlaşanlardan özlərini müdafiə etmək hüququna işarə edib.
Vəziyyətin gərginləşməsi nəticəsində artıq 200-ə yaxın fələstinli həlak olub, 1600-dən çoxu yaralanıb, İsrailin son məlumatlarına görə, 40 nəfər ölüb, 779 nəfər yaralanıb.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər