22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Kiprdə RQ jurnalistinə qarşı xüsusi vasitələr və kobud güc tətbiq edilib
Tarix: 06-10-2023 20:13 | Bölmə: Dünya

Kipr polisi “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyuku saxlayarkən çoxsaylı şahidlərin iştirakı ilə və heç bir səbəb olmadan ona qarşı fiziki güc və xüsusi vasitələrdən istifadə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalist həbs zamanı əlinin zədələndiyini və xəstəxanaya aparıldığını da təsdiqləyib.
Daha əvvəl bildirilmişdi ki, oktyabrın 5-də saat 12 radələrində Qasyuk Nikosiyada - ailəsi ilə birlikdə yaşadığı evin yaxınlığında avtomobildə saxlanılıb. Kipr hakimiyyəti onu deportasiya etmək niyyətində olduqlarını açıqlayıb.
Müxbirə bildirilib ki, 2024-cü ilə qədər qüvvədə olan iş yaşayış icazəsi, guya Kiprin “ictimai qayda və təhlükəsizliyinə təhdid təşkil etdiyi” və adada qeyri-qanuni olduğu üçün vaxtından əvvəl ləğv edilib.
Bundan əlavə, Qasyuk Kipr Respublikası Hökumətinin Mətbuat və İnformasiya Bürosu tərəfindən verilmiş etibarlı jurnalist akkreditasiyasına malikdir.
Bu gün günortadan sonra Lefkoşada rusiyalı jurnalistin zorla saxlanılması ilə əlaqədar Kiprin Moskvadakı səfiri Kipros Jorqallis Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər