Bütün xəbərlər
Putin Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyini açıqladı
Tarix: 06-10-2023 00:32 | Bölmə: Dünya

                      putin-rusiyanin-hansi-halda-nuve-silahindan-istifade-edeceyini-aciqladi



“Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa, biz nüvə silahından istifadə edəcəyik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlaması zamanı bildirib.
"Ağılı və yaddaşı yerində olan birinin Rusiyaya qarşı nüvə silahından istifadə etməyi fikirləşəcəyini düşünmürəm. Rusiyanın hərbi doktrinasında ölkənin nüvə silahından istifadə etməsinin iki mümkün səbəbi var. Birinci bizə qarşı nüvə silahının tətbiqi, yəni buna cavab olaraq əks-hücum tədbiri. İkinci səbəb isə Rusiya dövlətinin varlığına təhlükənin olmasıdır”, - deyə Putin bildirib.
Nüvə silahları ilə bağlı Rusiyanın hərbi doktrinasında hər hansı dəyişikliyə ehtiyac olmadığını vurğulayan Putin, bu gün Rusiya dövlətinin varlığını təhdid edəcək heç bir vəziyyətin olmadığını da qeyd edib.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər