Bütün xəbərlər
Ukraynanın baş naziri iqtisadiyyatı xilas etmək üçün Qərbdən 42 milyard dollar gözləyir
Tarix: 19-09-2023 16:11 | Bölmə: Dünya


Ukrayna iqtisadiyyatının gələn il Qərb tərəfdaşlarından 42 milyard dollara ehtiyacı var, Baş nazir Denis Şmıqal bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu pul ABŞ-dan, BVF-dən və “digər dostlarımız və tərəfdaşlarımızdan” gələcək. Pulun bir hissəsi büdcə kəsirinin maliyyələşdirilməsinə və ehtiyatların doldurulmasına gedəcək.
"The Wall Street Journal" daha əvvəl yazıb ki, Ukrayna Avropadakı fərdi şəxslərə müharibə istiqrazları satmağı planlaşdırır. Bu, Rusiya ilə müharibəyə ayrılan xərcləri bu il 30 milyard dollardan 40 milyard dollara, gələn il isə 45 milyard dollara çatdırmaq üçün lazımdır.
Ötən il Ukraynanın 40 milyard dollardan çox büdcə kəsiri ABŞ və G7-nin kreditləri hesabına ödənilib. Ukraynanın büdcə kəsiri 2023-cü ildə 38 milyard dollar, 2024-cü ildə isə 42 milyard dollar təşkil edəcək.Kiyev bəyan edib ki, o, yalnız hərbi xərclərini təkbaşına ödəyə bilər, qalan xərcləri isə Qərb ölkələrinin yardımı hesabına maliyyələşdirir.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər