Bütün xəbərlər
İsrail Suriyanın hava hücumundan müdafiə sistemlərinə raket zərbələri endirib
Tarix: 13-09-2023 23:59 | Bölmə: Dünya


Sentyabrın 13-ü axşam saatlarında Suriyanın Tartus əyaləti Aralıq dənizindən İsrailin raket hücumuna məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriya hərbçiləri arasında ölən və yaralananlar var.
Suriya ordusunun RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, çərşənbə günü saat 17:22 radələrində (saat Moskva ilə üst-üstə düşür) İsrail Suriyanın Tartus əyalətinə raket zərbələri endirib. Hücumun hədəfi Suriyanın hava hücumundan müdafiə sistemləri olub.
Suriya ordusunun azı iki əsgəri həlak olub, daha altısı isə yaralanıb. Bundan əlavə, bəzi obyektlərə ziyan dəyib.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər