Bütün xəbərlər
Bayden Hanoyda çıxışı zamanı alçaldıcı zarafat edib
Tarix: 10-09-2023 22:18 | Bölmə: Dünya



ABŞ prezidenti Cozef Bayden Vyetnama rəsmi səfər edib və oradan ev sahibini təhqir edərək növbəti dəfə çıxıb gedib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Hanoyda çıxış edib və onun bu sözünün vyetnamlılar üçün çox təhqiredici olacağını anlamadan səhnədən zarafat edib.
"Tabeliyində olan işçilərdən biri mənə dedi: "O məşhur "Sabahın xeyir Vyetnam" mahnısını xatırlayırsanmı? Axşamınız xeyir Vyetnam və Amerikadakılara sabahınız xeyir!”, - Bayden bildirib.
Belə ki, Amerika prezidenti vyetnamlılara Robin Uilyamsın çəkildiyi məşhur Hollivud filmini xatırladıb. Komediya Vyetnamda döyüşən Amerika ordusunun əsgərləri üçün veriliş aparan bir radio aparıcısının hekayəsindən bəhs edir.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər