Bütün xəbərlər
İtaliyanın kurortlarından birində avtomobildən bir neçə nəfərə atəş açılıb
Tarix: 09-09-2023 19:41 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İtaliyanın San Feliçe Circeov şəhərində cümə günü gecə baş verən atışma nəticəsində azı 7 nəfər yaralanıb.
RİA Novosti xəbər verir ki, hadisə Romadan cənubda Tirren dənizi sahilində yerləşən İtaliya kurortunda baş verib. Sentyabrın 8-nə keçən gecə naməlum şəxslər avtomobildən insanlara atəş açıblar. İlkin məlumatlara görə, cinayəti törədənlər qurbanları baş nahiyəsindən güllələyiblər. Yeddi nəfər qulaq, boyun və çiyinlərindən yüngül xəsarətlər alıb.
Bir müddət sonra karabinerlər cinayətkarların avtomobilinin yerini müəyyənləşdiriblər. Onları saxlamaq üçün mühafizəçilər təqib etməli olublar.
Atışma baş verən avtomobildə ikisi azyaşlı olmaqla beş nəfər olub. İçərisində patronlar, pnevmatik karabin, bıçaqlı silahlar və narkotik vasitələr aşkar edilib. Hadisəni törədən şəxslər həbs edilib, onların kimliyi və motivləri araşdırılır.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər