Bütün xəbərlər
Beş kurort işçisi Bali liftindən yıxılaraq ölüb
Tarix: 06-09-2023 23:06 | Bölmə: Dünya


Dəhşətli hadisə İndoneziyanın Bali əyalətindəki kurortlardan birində baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, beş sərnişini enişlə yuxarı qaldıran lift aşıb.
İndoneziya mətbuatının məlumatına görə, faciəli hadisə cümə günü, sentyabrın 1-də baş verib. Liftin qəzaya uğramasının görüntüləri və araşdırmanın ilk nəticələri 5 gün sonra ictimaiyyətə açıqlanıb. Çərşənbə günü baş verənlərin təfərrüatlarını "The Guardian" nəşri yazıb.
Ayuterra kurortunun beş əməkdaşı gün ərzində yüksək yamacda təchiz edilmiş liftə daxil olub. Kabin bir neçə saniyə ərzində təqribən 100 metr qalxıb, sonra çöküb. Liftin sərnişinləri - 19-24 yaşlarında olan üç qadın və iki kişi ölüb.
Polis faciənin başvermə şəraitini araşdırır. İlkin məlumatlara görə, fəlakətin səbəbi kövrək kabellər və ya təhlükəsizliyi təmin etmək üçün onların sayının kifayət qədər olmaması ola bilər. 2022-ci ilin noyabrında mexanizm ekspertlər tərəfindən yoxlanılıb, sonra istismar üçün olduqca uyğun olduğu müəyyən edilib.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər