Bütün xəbərlər
Böyük Britaniyanın yeni müdafiə naziri Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrini qarışdırıb
Tarix: 06-09-2023 16:50 | Bölmə: Dünya

Böyük Britaniyanın yeni təyin olunmuş müdafiə naziri Qrant Şapps dəniz və hava qüvvələrini çaşdırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, LBC radiosuna verdiyi müsahibə zamanı səhv danışıb.
Belə ki, nazirin sözlərinə görə, Britaniyanın müasir təyyarədaşıyan gəmiləri “Kral Hərbi Hava Qüvvələrinin indiyə qədər malik olduğu ən böyük gəmidir”. Eyni zamanda, təyyarə daşıyan gəmilər Kral Donanması tərəfindən idarə olunur.
Şapps müdafiə departamentinin rəhbəri vəzifəsinə təyin olunmazdan əvvəl energetika naziri olub. Şappsın sözlərinə görə, yeni vəzifələrini uğurla yerinə yetirmək üçün onun hərbi təcrübəyə malik olmasına ehtiyac yoxdur.
Avqustun sonunda Ben Uolles Böyük Britaniyanın müdafiə naziri vəzifəsindən istefa ərizəsini təqdim edib. O, siyasətdən bezdiyini və həyatın başqa sahələrinə daha çox vaxt ayırmaq istədiyini izah edib. Böyük Britaniyanın baş naziri Rişi Sunak istefasını qəbul edib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər