22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Qabon ümumi seçkilərin iki turda keçirilməsini təklif edir
Tarix: 06-09-2023 16:24 | Bölmə: Dünya

Qabonda dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn hərbçilər ölkədə ümumi seçkilərin iki turda keçirilməsini təklif ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar həmçinin bir nəfərin prezidentlik müddətinin hər biri beş il olmaqla iki müddətlə məhdudlaşdırılmasını müdafiə ediblər.
Belə bir təşəbbüsü general Bris Oliqi Nguemanın rəhbərlik etdiyi keçid dövrü üçün hərbi komitə irəli sürüb, "Gabon Media Time" yazır. Sentyabrın 4-də o, and içərək ölkənin keçid dövrünün prezidenti olub.
Bu və digər dəyişikliklərin Qabonun yeni konstitusiyasına daxil ediləcəyi güman edilir. Bundan əvvəl Nguema sənədin referendumda səsvermə yolu ilə qəbul edilməsini təklif edib.
Qabonda yüksək rütbəli hərbi məmurlar ölkəni son 14 ildə idarə edən və üçüncü müddətə yenidən seçilən prezident Əli Bonqo Ondimbaya qarşı üsyan ediblər. Avqustun 30-da Qabonda hərbi çevriliş baş verib.

Hakimiyyətin dəyişməsi nəticəsində Ondimba devrildi, bütün dövlət qurumları ləğv edildi. Sərhədlər də bağlandı, seçkinin nəticələri ləğv edildi.
Rusiya Xarici İşlər Nazirliyi ruslara Qabona səfərdən çəkinməyi tövsiyə edib.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər