22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Qabonun ECOCAS-a üzvlüyü dayandırılıb
Tarix: 04-09-2023 23:06 | Bölmə: Dünya


“RİA Novosti” xəbər verir ki, Mərkəzi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOCAS) bu ölkədə hərbi çevrilişlə əlaqədar Qabonun üzvlüyünü dayandırmaq qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qabonda yüksək rütbəli hərbi məmurlar ölkəni son 14 ildə idarə edən və üçüncü müddətə yenidən seçilən prezident Əli Bonqo Ondimbaya qarşı üsyan ediblər. Avqustun 30-da Qabonda hərbi çevriliş baş verib. Nəticədə prezident Ondimba devrildi və bütün dövlət qurumları ləğv edildi. Sərhədlər də bağlandı, seçkinin nəticələri ləğv edildi.
Üsyançıların lideri general Bris Oliqui Nguemu keçid dövründə seçkilərin keçirilməyəcəyini deyib, lakin əmin edib ki, yeni hakimiyyət köhnə səhvləri təkrarlamamaq üçün tez və qətiyyətli hərəkət edəcək.
O, həmçinin bildirib ki, yaxın vaxtlarda ölkənin yeni hökuməti formalaşacaq və onun tərkibinə təcrübəli adamlar daxil olacaq.
İki gün əvvəl Qabonun yeni hakimiyyət orqanları ölkənin bütün quru, dəniz və hava sərhədlərini dərhal açmaq qərarına gəlib.
Keçmiş Fransanın müstəmləkəsi olan Qabonda 50 ildən artıqdır ki, keçmiş prezident Ondimbanın ailəsi hakimiyyətdədir.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər