Bütün xəbərlər
Ottavada toyda atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Tarix: 03-09-2023 23:58 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kanadada, Ottavanın cənub hissəsində toyda atışma olub.
CTV xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Qeyd edildiyi kimi, insident şənbə günü axşam saatlarında, sentyabrın 2-də toy mərasiminin keçirildiyi konqres mərkəzinin yaxınlığında baş verib. TASS xəbər verir ki, ölən və yaralananlar tədbirin qonağı olublar. Hadisə şahidləri deyirlər ki, 20-25 atəş açılıb.
Hələlik polis heç kimi həbs edə bilməyib. Polis CCTV görüntülərini yoxlayır. Potensial şahidlərdən polisə müraciət etmələri xahiş olunur.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər