Bütün xəbərlər
İsveçdə Quranın yandırılması ilə bağlı aksiya təşkil ediblər
Tarix: 03-09-2023 23:58 | Bölmə: Dünya

37 yaşlı iraqlı Salvan Momika İsveçin Malmö şəhərinin küçələrində yenidən Quranın yandırılması ilə bağlı aksiya təşkil edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vernhemstorgetdə təxminən 200 nəfər toplaşıb və SVT-nin məlumatına görə, atmosfer gərgin olub.
Bir kişi yanmağı dayandırmaq üçün Momikaya keçməyə çalışsa da, o, polis tərəfindən saxlanılıb. Ümumilikdə bir neçə nəfər saxlanılıb.
Yayın əvvəlində Momika Stokholm hakimiyyətinin icazəsi ilə Medborqyarplatsen meydanında etiraz aksiyası keçirdi: o, müsəlmanların müqəddəs kitabından vərəqləri cırdı və onlarla ayaqqabılarını sildi. Sonra Qurana donuz qoyub yandırdı. Rusiya Federasiyası Dövlət Dumasının deputatları bu vandalizmi pisləyib və İsveç hakimiyyətini müsəlmanların dini hisslərinin təhqir olunmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıblar.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər