22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ Rusiya və KXDR vətəndaşına qarşı sanksiyalar tətbiq edib
Tarix: 31-08-2023 23:58 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Moskvada qeydiyyatdan keçmiş "İntellekt" şirkətini və onunla əlaqəli bir rusiyalını, həmçinin Şimali Koreya vətəndaşını sanksiyalar siyahısına daxil edib.
"Bu tədbirlər KXDR-ə ballistik raket və kütləvi qırğın silahları proqramları üzərində işləməyə imkan verən dəstək sxemlərini hədəf alır", - ABŞ Maliyyə Naziri Brayan Nelson açıqlamasında bildirib.
Agentliyin press-relizində sanksiyaların Şimali Koreyanın kütləvi qırğın silahlarının inkişafı ilə bağlı təşkilatlarını dəstəkləyən iki şəxsə qarşı tətbiq edildiyi qeyd edilib. Bu şəxslərdən birinə məxsus şirkət də sanksiyalara məruz qalıb.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər