Bütün xəbərlər
Hərbi geyimli silahlı şəxslər Latviya-Belarus sərhədini keçiblər
Tarix: 30-08-2023 22:55 | Bölmə: Dünya


Naməlum şəxslər hərbi geyimdə və silahla Latviyadan Belarus sərhəddini keçiblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb. Onlar hadisənin avqustun 30-da “Qriqorovşina” keçid məntəqəsində baş verdiyini qeyd ediblər.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, “müşahidə kameraları hərbi geyimdə olan iki naməlum şəxsin Belarus sərhədini qanunsuz keçməsi anını qeydə alıb.” Komitənin mətbuat xidmətindən bildirilib: “Silahlı təhlükəsizlik qüvvələri Belarus tərəfinə iki metr daxil olub, sərhədi keçib, sonra geri qayıdıblar".
Minsk hadisə ilə bağlı Latviya tərəfini məlumatlandırıb. Dövlət Sərhəd Komitəsi qeyd edib ki, Latviya ilə sərhəd bölgəsində “sərhəd xüsusiyyətləri, etika və mədəniyyət haqqında məlumatı olmayan” hərbi və təhlükəsizlik qüvvələrinin olması gərginliyə səbəb olur.
Avqustun 9-da bildirildi ki, Latviya sərhəd xidməti Belarusla sərhəddə gücləndirilmiş iş rejiminə keçəcək, bu, 2024-cü il fevralın 10-dək davam edəcək.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər