Bütün xəbərlər
ABŞ şahidlərinin gözü qarşısında xilasedici helikopter qəzaya uğrayıb
Tarix: 29-08-2023 08:28 | Bölmə: Dünya


Floridada vertolyotun qəzaya uğraması nəticəsində yanğın və xilasetmə helikopterində olan iki nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, avqustun 28-də Amerikanın Pompano-Biç şəhərində qəza baş verib.Qonşu şəhərə gedən yanğın-xilasetmə helikopteri zədələnərək yaşayış massivinə düşüb. Qəzaya uğrayan vertolyotun göyərtəsində üç nəfər olub, iki nəfərin öldüyü məlum olub. Üçüncü qurbanın taleyi araşdırılır.
Hadisə şahidləri sosial şəbəkələrdə helikopterin səmada dumanlı iz buraxaraq uçduğu, sonra isə yerə düşdüyü barədə video yayıblar. Hadisənin səbəbləri və şəraiti dəqiqləşdirilir.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər