Bütün xəbərlər
Səudiyyə Ərəbistanında “Tornado” qırıcı təyyarəsi qəzaya uğrayıb
Tarix: 29-08-2023 07:58 | Bölmə: Dünya


Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin iki ekipaj üzvünün olduğu Avropaya məxsus qırıcı təyyarə Dhahran aviabazasının yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, “Tornado” qırıcı təyyarəsi ilə hava insidenti bazar ertəsi günorta saatlarında Səudiyyə Ərəbistanının şərqindəki Aş-Şərqiyyə əyalətində baş verib.
İki ekipaj üzvü idarəetməni itirən təyyarədən çıxmağı bacararaq sağ qalıb. Yaralılar və yerdə dağıntılar barədə məlumat verilmir. Hərbi təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər