Bütün xəbərlər
Almaniyada kimyəvi zavodun partlaması nəticəsində 8 yanğınsöndürən yaralanıb
Tarix: 27-08-2023 23:56 | Bölmə: Dünya


Almaniyanın qərbində yerləşən Kempen şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 8 yanğınsöndürən yaralanıb, yerli media xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avqustun 27-də səhər saatlarında BYK-Chemie zavodunda çənlərdən birində başlayan kimyəvi reaksiya səbəbindən yanğın siqnalı işə düşüb. Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər gəlib, lakin partlayış olub.
Nəticədə səkkiz nəfər xəsarət alsa da, beş nəfər yanğını söndürmək üçün geri qayıda bilib. Üç nəfər ambulator müalicə üçün xəstəxanaya gedib.
Hadisənin səbəbi müəyyənləşdirilir.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər