22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Boston Karib Festivalı atışma ilə başa çatıb
Tarix: 26-08-2023 23:07 | Bölmə: Dünya


Atışma hadisəsi şənbə günü, avqustun 26-da səhər saatlarında ABŞ-ın şimal-şərqində yerləşən Massaçusets ştatının paytaxtı Bostonda baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən səsləndirilən ilkin məlumata görə, Karib dənizi mədəniyyət festivalı çərçivəsində keçirilən parad zamanı odlu silahdan istifadə nəticəsində 7 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, yaralıların həyatı üçün təhlükə yoxdur, hazırda onların hamısı xəstəxanadadır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə şübhəli şəxsi saxlayıb və silah-sursat götürüblər.
Müttəhimlərin kimliyi və atışmaya səbəb olan münaqişənin səbəbləri hələlik açıqlanmır.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər