22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İstirahət edən Baydeni qorumaq üçün döyüş təyyarələri səmaya qaldırıldı
Tarix: 25-08-2023 23:20 | Bölmə: Dünya


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı-bombardmançı təyyarələr Amerika prezidentinin hazırda istirahət etdiyi Lake Tahoe bölgəsində mülki təyyarənin peyda olmasından sonra təcili olaraq səmaya qaldırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden meşə yanğınlarının tüğyan etdiyi və yüzdən çox insanın öldüyü Havay adalarına səfərindən dərhal sonra Nevada ştatına Tahoe gölündə dincəlməyə gedib.
TASS-ın məlumatına görə, avqustun 25-də saat 07:50 radələrində (Moskva vaxtı ilə təxminən 17:50) mülki təyyarə Cozef Baydenin istirahət yerinin üzərində qapalı hava məkanında peyda olub. "F-16" qırıcı-bombardmançı təyyarələri və bir Sahil Mühafizə helikopteri dərhal havaya qalxıb.
Qırıcılar məşəllərdən atəş açıb və mülki təyyarəni mühafizə olunan ərazidən kənarda müşayiət ediblər. Amerika prezidentinin müdafiəsi əməliyyatının insidentsiz keçdiyi bildirilir.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər