22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Norveçdə Rusiyadan qayıtmaqda şübhəli bilinən marallar öldürülür
Tarix: 25-08-2023 22:30 | Bölmə: Dünya


Norveç hökuməti bildirib ki, bu il 40-dan çox maral daha yaxşı otlaq və torpaq axtarışında Rusiya sərhədini keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən ölkə Murmansk vilayətindəki Pasvik qoruğunda otlayan hər bir heyvana görə təxminən 4700 dollar kompensasiya ödəməlidir və əlavə olaraq maralların qorunan ərazidə olduğu günlər üçün birdəfəlik 4,4 milyon dollar ödəməlidir.
Norveçdə təbiətə dəymiş ziyanı ödəməmək üçün Rusiyada otlayan maralları öldürürlər. Bu barədə "Associated Press" məlumat yayıb.
“Heyvanlar Rusiyaya qayıda biləcəkləri qorxusuna görə kəsilib”, - agentliyin nəşrində deyilir.
RİA Novosti xəbər verir ki, hazırda Norveçdə miqrasiya prosesini dayandırmaq üçün sərhəd boyu yararsız vəziyyətdə olan hasar bərpa olunur.
Bundan əvvəl Norveçin Rusiyaya dost olmayan ölkələr siyahısına daxil edildiyi bildirilirdi.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər