22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ağ Ev Rusiya aktivlərinin dondurulmaması şərtini açıqlayıb
Tarix: 24-08-2023 23:56 | Bölmə: Dünya


Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər Qərb Rusiyanın ABŞ, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyadakı aktivlərini dondurmayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Xatırladaq ki, Rusiyanın xaricdəki aktivləri ümumilikdə 300 milyard dollara yaxın bloklanıb. Avropalı siyasətçilər bu pulu Ukraynanın bərpasına sərf etməyi təklif edirlər.
Bundan əvvəl Ukrayna hökuməti Rusiya və Belarusun ölkədəki 2 milyard dollara yaxın aktivlərini müsadirə etdiyini açıqlamışdı. Söhbət, məsələn, Demurinski mədən və emalı zavodundan, eləcə də daşınmaz əmlakdan, təyyarələrdən və hətta avtomobillərdən gedir.
Müsadirədən əldə edilən gəlir Ukrayna ordusunun təchizatına yönəldilib.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər