22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
143 milyondan çox ABŞ sakini həddindən artıq istiyə məruz qalıb
Tarix: 22-08-2023 23:29 | Bölmə: Dünya


143 milyondan çox ABŞ sakini - ölkə əhalisinin üçdə birindən çoxu istilik dalğaları səbəbindən əlavə tədbirlər görməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə amerikalı meteoroloqlar bildiriblər.
"Axios" portalının məlumatına görə, Dallas, Kanzas Siti, Luisvil, Neşvill, Oklahoma, Çikaqo və bir sıra digər ABŞ-ın iri şəhərləri hava şəraiti ilə bağlı təhlükə səviyyəsinin artdığını elan ediblər.
ABŞ-ın cənub-qərbində bəzi ərazilərdə havanın temperaturu gün ərzində 38-43 dərəcə selsi, bəzən daha yüksək olur. Belə hava şəraiti ilə əlaqədar yerli sakinlər arasında ölüm halları mümkündür.
Milli Hava Xidməti ən azı 22 ştatda istilərin həftənin sonuna qədər davam edəcəyini proqnozlaşdırır. Ölkənin mərkəzi hissəsində istilərin daha da güclənəcəyi gözlənilir. "İnterfaks" xəbər verir ki, sinoptiklər temperaturun yeni rekordlarını gözləyirlər.
ABŞ-da son iki həftə ərzində həddindən artıq istilər səbəbiylə sakinlər 3836 dəfə təcili yardım çağırıb. 11 ölüm faktı qeydə alınıb.
Mütəxəssislər ABŞ-ın “termal günbəz”lə örtüldüyünü izah edirlər. Onun gücü 1936-cı ilin rekord göstəricilərini keçə bilər.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər