12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Lindner Ukraynaya hər il 5 milyard avro xərcləməyi təklif edib
Tarix: 20-08-2023 23:53 | Bölmə: Dünya


Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaq deputatlarına Ukraynaya illik dəstək üçün 5 milyard avro büdcə ayırmağı təklif edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu da sadəcə hərbi yardımdır.
Lindner Almaniyanın Ukraynanı dəstəkləməsinin iki səbəbini qeyd etdi. Birincisi, Ukraynada vəziyyətin pisləşməsi Almaniyaya daha çox qaçqın axınına səbəb olacaq. İkincisi - Ukrayna, maliyyəçinin fikrincə, guya Avropada "sülh və azadlıq" uğrunda mübarizə aparır. Bundestaq deputatlarının xarici ölkəyə bu cür xərcləmələri dəstəkləyib-dəstəkməyəcəyi hələlik məlum deyil.
Bundan əvvəl Rusiya Ukraynaya silah göndərilməsi ilə bağlı NATO ölkələrinə nota göndərərək, istənilən silah daşınmasının Rusiya üçün qanuni hədəfə çevriləcəyi barədə xəbərdarlıq etmişdi. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri “odla oynayır” və Ukraynaya silahların vurulması Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir. Sergey Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə hərbi təchizatla deyil, həm də NATO ölkələrinin ərazisində kadr hazırlığı ilə birbaşa məşğuldur.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər